Bazar, 05 May

Siyasi şərhçidən Fuad Muradova sensasion ittihamlar - "İş görüşmələri altında yeyib-içmək qurub"

image

Siyasi şərhçi Ramiyə Mamedova sosial şəbəkə hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini tənqid edən paylaşım edib. “Yazdığımı tək siyasi şərhçi olaraq deyil adi bir vətəndaş, ən əsas da xaricdə yaşayan bir azərbaycanlı kimi qəbul edin” deyə qeyd edən Ramiyə Mamedova Komitə rəhbərliyini də hədəf almaqdan çəkinməyib.

“Yazdıqlarımı həm bir Azərbaycan vətəndaşı. Həm də ictimai fəaliyyətlə məşğul olan biri kimi borc bilirəm”, deyə bildirən siyasi şərhçinin fikirlərini olduğu kimi tədqim edirik.

Beləliklə, söz Azərbaycan diasporasından və onun fəaliyyətindən gedir. İlk olaraq diasporanın anlayışı verək. “Bir toplumun aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafədə yaşaması durumu”. İfadə kimi diaspor sözü yunan dilində səpələmək sözündən formalaşmışdır. Yəni bir toplumun başqa ölkə və toplum içində məskunlaşan millətinin nümayəndəsinə diaspor ifadəsi işlədilir. Çox gözəl.

Bəs bu diasporanı idarə edən kimdir? Burda duran məsələdə daha vacibdir. Azərbaycanda və digər dövlətlərdə olduğu kimi “diaspor fəaliyyəti” ilə məşğul olan lakin diaspora sözünün mənasını belə anlamayan və hər zaman fəaliyyətsizliyi ilə göz qabağında olan strateji baxımdan vacib Diasporla İş üzrə Dövlət Komitəsi var. Bu komitənin əsas məqsədi nədir?

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi, digər dövlətlərindiaspora və lobbiçilik təşkilatları ilə işin qurulması və sair və ilaxır. Bəs 2002-ci ildən yaradılanKomitə bu məqsədlərinə nə dərəcədə çatıb və Azərbaycan üçün nə cür tövhə verib? Uzun illərdir bu Komitənin işi barədə danışılır, müzakirələr aparılır, lakin nəticəsidir. Komitənin keçmiş rəhbəri Nazim İbrahimovun kim olduğu hamıya bəlli idi.

Adam ancaq öz maraqları çərçivəsində iş qurub bizneslə məşğul olur. Sonda diaspo fəaliyyətini uzun təndiqlərə məruz qaldıqdan sonra İbrahimovun biznesini toparlayıb yola saldılar və hər kəs düşündü ki, elə problem İbrahimov imiş. Yerinə gənc deputat Fuad Muradov gətirildi.  Hər kəs düşündü ki, gənc və enerjili (deputat kreslosunda belə heç də gözə çarpmayan)Sədr axır ki, bu işə bir əncam çəkər və Azərbaycan naminə çalışar. Lakin görünən odur ki, Komitənin bəxti bəxt deyil ora gələn həcdə gedəndə fərqli deyil.

Düzdür Muradov ilk başda ”güya nəsə etməyə çalışdı”, lakin bu murdar sistem gənc sədri də öz caynağına keçirdi. Daha çox şelf imidji ilə məşğul olan, özünün brend aksesuarlarını və geyimləri, iş səfərinə gedib, bahalı otellərdə qalıb, iş görüşmələri altında yeyib içmə düzəldən, xaricdəki dərnəklərlə sövdələşmələr qurub, ildə bir neçə dəfə tədbirlər keçirdən və bu tədbirlərə külli pullar silən və nəticədə yenədə komitəni gözdən salan və heç bir fəaliyyət göstərməyən Təzənin Köhnədən nə fərqi var?!

Bu suala cavab tapmaq üçün yenə də Komitədə baş alıb gedən “sistemi və ordakı abuhavanı” günahlandırmaqdan başqa çarə qalmır deyəsən. Mənimlə razılaşmaya bilərsiz. Lakin xaricdə yaşayan Azərbaycanlı olaraq bu için nə dərəcədə acınacaqlı olduğunu bilirəm.

Çox uzağa getməyək Xaricdə yaşayan Azərbaycanlılar illərdir ermənilər tərəfindən işğala məruz qalan Qarabağ müharibəsini, Xocalı qətliamını dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox işlər görüblər, dəridən qabıqdan çıxıblar, bu gün belə bu işlər görülür. Diaspora Komitəsi isə bu işlərin əksəriyyətini öz adına çıxıb reklamla məşğul olub Dövlət başçısına fəaliyyətləri kimi sırıyırlar.

Azərbaycan Qarabağ müharibəsini bitirsə də, dünyada informasiya müharibəsi davam edir. Erməni diasporası və lobbisinin gördüyü işlərə baxanda bizim işlər heç müqayisə belə olunmur. Ona görə demək istədiyim budur ki, ay Komitə və onun dəyərli əməkdaşları, siz nə qədər Azərbaycan üçün yox, öz imidjinizə və cibinizə çalışacaqsınız, biz o qədər zəif bənd olaraq diaspor fəaliyyətində geri qalmağa davam edəcəyik.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15